MƏHSULLARIMIZIN TƏRKİB ÇEŞİDLİLİYİ

Məhsullarımız tamamilə təbii bitkilər, otlar və vitaminlər qarışımından ibarətdir.

Qarışımlarda əsas üstünlük Aloe Vera geli, arı məhsullarına düşmüşdür. Bununla yanaşı müxtəlif bitkilər; yulaf kəpəkləri, itburnu, papaya, nar, giləmeyvə ekstraktları, üzüm qabığı ekstraktı, darçın, zəncəfil, razyana, aloe çiçəkləri və s. mövcuddur.

Snow mushroom

Möcüzəvi aloe yarpağı tərkibində 20 mineral, 18 aminturşu və 12 vitamin olmaqla 200-dən artıq qarışıqdan ibarətdir. Patentli aloe bitkisinin stabilləşdirilmə prosesindən sonra əldə edilən gelinə sağlam həzm sistemini və təbii enerji səviyyəsini qoruyub saxlamaq istəyənlər üstünlük verir.

human eye

Balın xassələri nektarın toplandığı bitkilərin mənşəyindən, tərkibindən və torpağın keyfiyyətindən asılıdır. Bütün arı məhsullarının istehsal edildiyi Arizonanın Sonora səhrasındakı toxunulmamış torpaqlar, kimyəvi gübrələr vasitəsilə torpağın kultivasiyasının aparıldığı rayonlardan dəfələrlə üstündür. 

Diyetoloqlar hesab edirlər ki, tozcuqla qarışdırılmış bal insanın həyat fəaliyyəti üçün zəruri olan bütün maddələri özündə birləşdirən yeganə təbii qidadır. Foreverin arı balı tozcuq və arı südü ilə zənginləşdirilib və arı pətəyindən götürülmüş bal ilə tam eynilik təşkil edir.

Balı həm daxilə qəbul etmək, həm də xaricdən istifadə etmək mümkündür. Bal yüksək qidalandırıcı qidadır və bərpaedici və şəfaverici xassələrə malikdir. Bal insan orqanizmində asan həzm olunur və saflaşdırılmış şəkərdən fərqli olaraq, orqanizmdə karbohidrat şəklində saxlanılır və yanacaq kimi, ehtiyac olduğu zaman paylaşdırılırlar.

Tremella Snow Mushroom Extract

"Kraliça jelesi" adlandırılan arı südü, ana arıların udlaq və yuxarı çənə nahiyəsindən ifraz edilir. O, arılar tərəfindən tozcuğun həzm edilməsi zamanı sintezləşdirilir. Onları fərqləndirən cəhət ondan ibarətdir ki, birincilər bal və tozcuqla, ikincilər isə arı südü ilə qidalanırlar.

Arı südündə aşkar edilmiş zülallardan biri, qamma-qlobulin orqanizmin mühafizəsi funkiyalarını yerinə yetirərək, olduqca vacib əhəmiyyət kəsb edir. Arı südü canlandırıcı, mikrob və radiasiyaya qarşı təsirə, imun sisteminin möhkəmləndirilməsi xassələrinə malikdir, o cümlədən maddələr mübadiləsini stimullaşdırır, halsızlığı azaldır, orqanizmin həyat qüvvəsini yüksəldir, arterial təzyiqi, damarların vəziyyətini və orqanların fəaliyyətini normaya salır.

Orange Blossom

Arı tozcuğu - təbii, yüksək keyfiyyətli, zənginləşdirilmiş və bioloji aktiv qida məhsuludur. Tozcuq arı pətəyinin dibində yerləşdirilmiş öz-özünə dolan yeşikdə toplanaraq, tozcuğun bütün möcüzəvi faydalı xassələrini saxlamağa imkan verir.

Tozcuq - bütün canlı bitkilərdə erkək cinsiyyət hüceyrəsidir. Tozcuq, öz hüceyrə nüvələrində - DNK və RNK-nın tərkibində həyat sirrlərini saxlayan bərk gizli pərdədən ibarətdir. DNK bütün canlıların forma və inkişafını müəyyən edir. Alimlər, insanların nə üçün belə tez qocalmaları faktının müəyyən edilməsi üzərində düşünürlər. Bioloji tibbi tədqiqatlar göstərir ki, DNK uzun ömürlük və immun sisteminin düzgün fəaliyyətinə görə məsuliyyət daşıyır.

Tozcuğun qəbul edilməsi fiziki və zehni yorğunluğu azaldır, gözdə tor qişasını yaxşılaşdırır, ishal və qəbəlik zamanı bağırsaqların işini tənzimləyir. Tozcuq adətən, tez-tez xəstələnən uşaqlara, əsəb pozğunluğundan əziyyət çəkən insanlara məsləhət görülür.

Bitkilərin zəngin farmakoloji xüsusiyyətlərinə və kimyəvi gübrələrin və pestisidlərin çirkllənməsindən təcrid edilmiş ərazilər sayəsində Sonoran səhralarında toplanmış tozcuq tərkibinə və keyfiyyətinə görə hər hansı digər tozcuqlardan üstündür.